Növbəti Əfv Sərəncamı nə vaxt imzalanacaq? - AÇIQLAMA

11.10.2019 17:23
82
Növbəti Əfv Sərəncamı nə vaxt imzalanacaq? - AÇIQLAMA

Hər il Yeni il və Dünaya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Əfv sərəncamı imzalanır. Artıq Yeni ilə 3 aydan az bir vaxt qalır. Dekabrda Əfv sərəncamı olacaqmı?


Bununla bağlı Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid bildirib ki, son bir neçə ildə Əfv sərəncamı Novruz bayramı və 28 may - Respublika günündə imzalanır:


"Əfv Məsələləri Komissiyasının iclasları dekabr və yanvar aylarından başlanılır. Müraciətlər çox olduğuna görə Novruz bayramına kimi çəkir. Hələlik Əfv sərəncamının nə zaman olacağı bilinmir. İclas başlayar. Çox güman ki, Əfv sərəncamı yenə Novruz bayramında olacaq". (big)


Ekspress.az