• 18 °C Bakı
  • 16 °C Quba
  • 21 °C Gəncə
  • 17 °C Yevlax
  • 16 °C Naxçıvan

Azər­bay­can-İs­ra­il ara­sın­da di­as­por əmək­daş­lı­ğı

15.11.2018 19:05
218
Azər­bay­can-İs­ra­il ara­sın­da di­as­por əmək­daş­lı­ğı

Azər­bay­can­la İs­ra­il ara­sın­da dip­lo­ma­tik əla­qə­lər 1992-ci il­də qu­ru­lub. 1993-cü il­dən eti­ba­rən İs­rai­lin Azər­bay­can­da sə­fir­li­yi fəa­liy­yət gös­tər­mə­yə baş­la­yıb. Hər iki öl­kə ara­sın­da mü­na­si­bət­lə­rin in­ki­şa­fı­na İs­ra­il və Azər­bay­can döv­lət baş­çı­la­rı­nın gö­rüş­lə­ri tə­kan ve­rib.


1995-ci il­də Pre­zi­dent Hey­dər Əli­yev İs­veç­rə­də ke­çi­ri­lən Dün­ya İq­ti­sa­diy­yat Fo­ru­mun­da İs­rai­lin Xa­ri­ci İş­lər Na­zi­ri Şi­mon Pe­res­lə, elə hə­min ilin ok­tyab­rın­da BMT Baş Məc­li­si­nin ic­la­sın­da İs­rai­lin Baş Na­zi­ri İs­haq Ra­bin­lə, 1996-cı il­də Fran­sa­nın keç­miş pre­zi­den­ti Fran­sua Mit­te­ra­nın dəfn mə­ra­si­min­də İs­rai­lin ar­tıq Baş Na­zi­ri olan Şi­mon Pe­res­lə, 2 de­kabr 1996-cı il­də isə ATƏT-in döv­lət baş­çı­la­rı­nın Lis­sa­bon­da top­lan­tı­sı çər­çi­və­sin­də İs­rai­lin Baş Na­zi­ri Ben­ya­min Ne­tan­ya­hu ilə gö­rü­şüb, qar­şı­lıq­lı ma­raq do­ğu­ran mə­sə­lə­lə­ri mü­za­ki­rə edib­lər. 1997-ci il­də İs­rai­lin Baş na­zi­ri Ben­ya­min Ne­tan­ya­hu Azər­bay­ca­na qı­sa­müd­dət­li sə­fər edib və Pre­zi­dent Hey­dər Əli­yev­lə gö­rü­şüb. Hey­dər Əli­yev ATƏT-in Lis­sa­bon zir­və top­lan­tı­sın­da Na­ten­ya­hu ilə gö­rüş və da­nı­şıq­la­rın­dan, həm­çi­nin onun İs­ra­il hö­ku­mə­ti adın­dan Azər­bay­ca­nın qar­şı­laş­dı­ğı prob­lem­lə­rin ara­dan qal­dı­rıl­ma­sın­da la­zı­mı kö­mək­lik gös­tər­mə­yə ha­zır ol­du­ğu ba­rə­də bə­ya­na­tın­dan məm­nun qal­dı­ğı­nı bil­di­rib. Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nə to­xu­nan Pre­zi­dent Hey­dər Əli­yev mü­na­qi­şə­nin Lis­sa­bon­da irə­li sü­rü­lən prin­sip­lər əsa­sın­da həll olun­ma­sı­na tə­rəf­dar ol­du­ğu­nu vur­ğu­la­yıb. Gö­rüş­də iki öl­kə ara­sın­da əmək­daş­lı­ğın in­ki­şaf et­di­ril­mə­si üçün iş­çi qru­pu­nun ya­ra­dıl­ma­sı qə­ra­ra alı­nıb. Azər­bay­ca­nın sülh­se­vər və çox­mil­lət­li öl­kə ol­du­ğu­nu qeyd edən Hey­dər Əli­yev yə­hu­di­lə­rin əsr­lər bo­yu bur­da azər­bay­can­lı­lar­la dost və meh­ri­ban­ca­sı­na ya­şa­dı­ğı­nı bil­di­rib: "Yə­hu­di­lər azər­bay­can­lı­lar­la bir­lik­də Azər­bay­can­da əsr­lər bo­yu dost­luq, meh­ri­ban­lıq şə­rai­tin­də ya­şa­yıb­lar. Bu gün də yə­hu­di­lər Azər­bay­ca­nın tam bə­ra­bər hü­quq­la­ra ma­lik və­tən­daş­la­rı­dır və Azər­bay­can on­lar üçün doğ­ma və­tən­dir. Bun­la­rın ha­mı­sı bi­zim əmək­daş­lı­ğı­mız üçün yax­şı im­kan ya­ra­dır. Bun­dan baş­qa, xa­ric­də ya­şa­yan yə­hu­di­lə­rin nü­ma­yən­də­lə­ri tez-tez öl­kə­mi­zə zi­ya­rət edir­lər. Öl­kə­lə­ri­miz ara­sın­da əla­qə­lə­rin da­im in­ki­şaf et­mə­si üçün ge­niş im­kan­lar var­dır. Bu mü­na­si­bət­lə­rin da­ha da ge­niş­lən­di­ril­mə­si ol­duq­ca zə­ru­ri­dir".


İki öl­kə ara­sın­da mü­na­si­bət­lə­rin in­ki­şa­fı­na Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­yev də diq­qət­lə ya­na­şır. 28-29 iyun 2009-cu il­də Azər­bay­can-İs­ra­il mü­na­si­bət­lə­ri ta­ri­xin­də ilk də­fə ola­raq İs­ra­il pre­zi­den­ti 3 na­zir və 50 nə­fər iş ada­mı ilə bir­gə Azər­bay­ca­na rəs­mi sə­fə­rə gə­lib. İs­ra­il Pre­zi­den­ti Şe­mon Pe­re­sin sə­fə­ri za­ma­nı Azər­bay­can və İs­ra­il pre­zi­dent­lə­ri­nin iş­ti­ra­kı ilə iki mü­qa­vi­lə im­za­la­nıb. Bu sə­nəd­lər­dən bi­ri kom­mu­ni­ka­si­ya sa­hə­sin­də əmək­daş­lı­ğı, di­gə­ri isə təh­sil, elm və tex­no­lo­gi­ya sa­hə­sin­də əmək­daş­lı­ğı nə­zər­də tu­tur (wi­ki­pe­dia.org).


Qeyd edək ki, iki öl­kə ara­sın­da olan əmək­daş­lıq di­as­por fə­as­liy­yə­ti­nə də öz müs­bət tə­si­ri­ni gös­tə­rib. İs­ra­il­də fəa­liy­yət gös­tə­rən İs­ra­il-Azər­bay­can Bey­nəl­xalq As­so­sia­si­ya­sı bir müd­dət ön­cə bu öl­kə­də ya­şa­yan Azər­bay­can ic­ma­sı adın­dan mü­ra­ci­ət ya­yıb. Mü­ra­ci­ət­də de­yi­lir: "Ha­zır­da İs­ra­il­lə Azər­bay­can ara­sın­da əla­qə­lər in­ten­siv şə­kil­də in­ki­şaf edir və çi­çək­lə­nir. İs­ra­il hər bir öl­kə, xü­su­si­lə də mü­səl­man öl­kə­lə­ri, ələl­xü­sus da bü­tün sa­hə­lər­də sü­rət­lə in­ki­şaf edən Azər­bay­can­la yax­şı mü­na­si­bət­lə­ri yük­sək də­yər­lən­di­rir. Bu, söz­süz ki, İs­ra­il­də­ki Azər­bay­can ic­ma­sı üçün çox xoş və qü­rur­ve­ri­ci­dir. İki­tə­rəf­li əla­qə­lə­rin yük­sək sə­viy­yə­yə çat­ma­sın­da Azər­bay­can di­as­po­ru­nun, xü­su­si­lə İs­ra­il-Azər­bay­can Bey­nəl­xalq As­so­sia­si­ya­sı­nın səy­lə­ri bö­yük­dür. La­kin bu mü­na­si­bət­lə­rin in­ki­şa­fın­da, İs­ra­il-Azər­bay­can əla­qə­lə­ri­nə ma­ra­ğın art­ma­sın­da əsas fak­to­run Azər­bay­can döv­lə­ti­nin yü­rüt­dü­yü si­ya­sət­dir. Pre­zi­dent İl­ham Əli­yev bey­nəl­xalq aləm­lə stra­te­ji tə­rəf­daş­lıq əla­qə­lə­ri­ni o qə­dər sa­vad­lı və mə­ha­rət­lə qu­rub ki, Azər­bay­can Qər­bin ol­du­ğu ki­mi, Şər­qin də ma­raq dai­rə­sin­də­dir. Öl­kə­lər­lə qu­ru­lan mü­na­si­bət­lər­də İl­ham Əli­ye­vin si­ya­si uzaq­gö­rən­li­yi və çe­vik tak­ti­ka­sı Azər­bay­ca­na iq­ti­sa­di, hər­bi-stra­te­ji və so­si­al sa­hə­də apa­rı­cı möv­qe qa­zan­dı­rıb. Bü­tün bun­lar Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­ye­vin xal­qı­na və döv­lə­ti­nə fi­ra­van­lıq bəxş et­mək üçün ye­ni­dən bu mə­su­liy­yət­li pos­ta se­çil­mə­yə la­yiq ol­du­ğu­nun tək­zi­bo­lun­maz sü­bu­tu­dur".


İs­ra­il­də fəa­liy­yət gös­tə­rən İs­ra­il-Azər­bay­can Bey­nəl­xalq As­so­sia­si­ya­sı 2007-ci il­də Təl-Əviv şə­hə­rin­də tə­sis olu­nub. Təş­ki­lat Azər­bay­can­dan köç­müş və ha­zır­da İs­rai­lin müx­tə­lif şə­hər­lə­rin­də ya­şa­yan 30 mi­nə ya­xın yə­hu­di­ni bir­ləş­di­rir ("kas­pi.az").


Bey­nəl­xalq mü­na­qi­şə­lər üz­rə eks­pert Ar­ye Qut bil­di­rir ki, İs­ra­il döv­lə­ti Azər­bay­ca­nın əda­lət­li möv­qe­yi­ni mü­da­fiə edir, əra­zi bü­töv­lü­yü­nü fə­al şə­kil­də dəs­tək­lə­yir və Er­mə­nis­tan Azər­bay­can mü­na­qi­şə­si­ni Azər­bay­ca­nın əra­zi bü­töv­lü­yü çər­çi­və­sin­də həll et­mə­yə ça­ğı­rır: "Azər­bay­can əra­zi­lə­ri­nin Er­mə­nis­tan tə­rə­fin­dən iş­ğa­lı 25 il­dən çox­dur ki, da­vam edir. Bu tə­ca­vüz nə­ti­cə­sin­də öl­kə­də bir mil­yon qaç­qın var. İn­di­ki mü­rək­kəb geo­si­ya­si şə­ra­it­də Azər­bay­ca­nın haq­lı möv­qe­yi­nin Ya­xın Şərq­də İs­ra­il döv­lə­ti ki­mi mü­hüm stra­te­ji tə­rəf­daş və güc­lü geo­si­ya­si ak­tor tə­rə­fin­dən dəs­tək­lən­mə­si rəs­mi Ba­kı üçün çox zə­ru­ri­dir. Av­ra­si­ya əra­zi­sin­də heç bir öl­kə­nin İs­ra­il­lə Azər­bay­can Res­pub­li­ka­sı qə­dər ya­xın və meh­ri­ban mü­na­si­bət­lə­ri yox­dur. Heç şüb­hə­siz, İs­ra­il-Azər­bay­can mü­na­si­bət­lə­ri stra­te­ji tə­rəf­daş­lıq xa­rak­te­ri da­şı­yır. Azər­bay­can ilə İs­ra­il dost və tə­rəf­daş­la­rı­nı öz­lə­ri se­çir­lər, hər­bi-tex­ni­ki sa­hə­də stra­te­ji əmək­daş­lı­ğın sə­viy­yə­si­ni də öz­lə­ri mü­əy­yən edir­lər. İs­rai­lin Baş na­zi­ri Ne­tan­ya­hu­nun Azər­bay­ca­na sə­fə­ri bir da­ha onu gös­tər­di ki, Er­mə­nis­tan bu sə­fər­dən və onun nə­ti­cə­lə­rin­dən çox na­ra­hat­dır".


Yə­hu­di di­as­po­ru və lob­bi­si­nin Azər­bay­can hə­qi­qət­lə­ri­nin dün­ya­da ta­nı­dıl­ma­sın­da ro­lu­nu ne­cə qiy­mət­lən­di­ril­mə­si­nə gə­lin­cə, eks­pert bil­di­rib ki, dün­ya­da olan güc­lü və ef­fek­tiv yə­hu­di di­as­po­ru ilə ça­lış­ma me­xa­nizm­lə­ri mü­əy­yən olun­ma­lı­dır: "Si­zə bir mi­sal çə­kim: Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti­nin ic­ti­mai-si­ya­si mə­sə­lə­lər üz­rə kö­mək­çi­si, pro­fes­sor Əli Hə­sə­no­vun mə­nə­vi dəs­tə­yi ilə dün­ya yə­hu­di di­as­po­ru­nun li­der­lə­ri, o cüm­lə­dən Ümum­dün­ya Yə­hu­di Konq­re­si­nin (ÜYK) pre­zi­den­ti Ro­nald Lau­der, baş ic­ra­çı di­rek­to­ru Ro­bert Zin­ger, Konq­re­sin vit­se-pre­zi­den­ti Qod Ni­sa­nov, Av­ra­si­ya Yə­hu­di Konq­re­si­nin pre­zi­den­ti Yu­li­us Maynl, Ru­si­ya Yə­hu­di Konq­re­si­nin (RYK) pre­zi­den­ti Yu­ri Kan­ner, vit­se-pre­zi­den­ti Ger­man Za­xar­ya­ye­vin Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­yev­lə gö­rü­şü za­ma­nı Azər­bay­can hə­qi­qət­lə­ri­nin dün­ya­da ta­nı­dıl­ma­sı möv­zu­su­nu mü­za­ki­rə et­miş­di­lər. Bu gö­rüş Azər­bay­can və yə­hu­di xalq­la­rı ara­sın­da mü­na­si­bət­lə­rin in­ki­şa­fı ba­xı­mın­dan mü­hüm ta­ri­xi əhə­miy­yət da­şı­yır­dı. Bu, bir da­ha sü­but et­di ki, Azər­bay­can mul­ti­kul­tu­ra­lizm və to­le­rant­lıq "ada­sı"dır. Ta­rix gös­tə­rir ki, azər­bay­can­lı­lar heç vaxt yə­hu­di­lə­rə, yə­hu­di­lər də azər­bay­can­lı­la­ra xə­ya­nət et­mə­yib­lər. Ümum­dün­ya Yə­hu­di Konq­re­si­nin nü­ma­yən­də he­yə­ti­nin sə­fə­ri­nin əsas məq­sə­di dün­ya yə­hu­di di­as­po­ru ilə Azər­bay­can ara­sın­da sıx mü­na­si­bət­lər ya­rat­maq, di­gər tə­rəf­dən Azər­bay­can yə­hu­di ic­ma­sı­nın hə­ya­tı ilə ta­nış ol­maq idi. Azər­bay­can hə­qi­qət­lə­ri­nin dün­ya­da ta­nı­dıl­ma­sın­da mə­nim rəh­bər­lik et­di­yim "Cə­miy­yət üçün bey­nəl­xalq la­yi­hə­lər" İs­ra­il qey­ri hö­ku­mət təş­ki­la­tı çər­çi­və­sin­də atam­la bə­ra­bər yaz­dı­ğı­mız və Xo­ca­lı qət­lia­mı ilə bağ­lı bə­dii sə­nəd­li ro­ma­nın İs­ra­il­də çap olun­ma­sı mü­hüm rol oy­na­yır. Ro­ma­nın ya­zıl­ma­sın­da da əsas güc Azər­bay­can Döv­lət Te­le­vi­zi­ya­sın­da 40 il re­jis­sor və sse­na­rist iş­lə­miş ata­mın - Əh­məd Ab­dul­la­ye­vin bö­yük və əvə­zo­lun­maz ro­lu ol­du".


Eks­pert Ar­ye Qut onu da qeyd edir ki, Azər­bay­can­la İs­rai­lin mü­na­si­bət­lə­ri Ya­xın Şər­qə və bü­töv­lük­də dün­ya­ya nü­mu­nə ola bi­lər: "Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­yev da­im bə­yan edir ki, biz çox­mil­lət­li və çox­kon­fes­si­ya­lı öl­kə­də ya­şa­ma­ğı­mız­la, bir çox xalq­la­rın və mil­lət­lə­rin nü­ma­yən­də­lə­ri­nin Azər­bay­can­da sülh və əmin-aman­lıq şə­rai­tin­də ya­şa­ma­la­rı ilə qü­rur du­yu­ruq. Biz əs­lən Azər­bay­can­dan olan yə­hu­di­lər­lə fəxr edi­rik. Er­mə­nis­tan­la ağır və qan­lı əra­zi mü­na­qi­şə­si­nə bax­ma­ya­raq, Azər­bay­can Cə­nu­bi Qaf­qa­zın şək­siz re­gio­nal li­de­ri, əsl si­vi­li­za­si­ya­la­ra­ra­sı və kon­fes­si­ya­la­ra­ra­sı dia­loq ör­nə­yi­dir. To­le­rant­lıq və mul­ti­kul­tu­ra­lizm Azər­bay­can cə­miy­yə­ti­nin mü­hüm əsas­la­rı­dır. Bu ba­xım­dan Azər­bay­can İs­lam dün­ya­sı­nın in­ki­şaf ma­ya­kı, Qərb praq­ma­tiz­mi­nin Şərq qo­naq­pər­vər­li­yi və ənə­nə­lə­ri ilə sıx çul­ğa­laş­dı­ğı uni­kal dün­yə­vi öl­kə­dir. Azər­bay­can bir çox din­lə­rin və xalq­la­rın nü­ma­yən­də­lə­ri­nin və­tə­ni olub və in­di də be­lə­dir. Bu­ra­da İs­ra­il Baş na­zi­ri­nin söz­lə­ri ya­dı­ma dü­şür : "İs­ra­il bir yə­hu­di döv­lə­ti­dir. Azər­bay­can mü­səl­man öl­kə­si­dir və əha­li­si­nin ək­sə­riy­yə­ti mü­səl­man­dır. Bu­ra­da hər iki öl­kə­nin da­ha par­laq gə­lə­cə­yi­ni tə­min et­mək üçün yə­hu­di­lər­lə mü­səl­man­la­rın bir­gə iş­lə­mə­si­nin şa­hi­di olu­ruq. Bu, in­di­ki dövr­də to­le­rant­lı­ğın, qar­şı­lıq­lı hör­mə­tin ol­ma­ma­sı fo­nun­da çox par­laq bir nü­mu­nə­dir. İs­ra­il­də Azər­bay­can­dan olan 70 min yə­hu­di, "in­san kör­pü­sü" ya­şa­yır. Bun­dan baş­qa, dün­ya­ya gös­tə­rə bi­lə­cə­yi­miz baş­qa bir şey var. Dün­ya çox­lu dö­züm­süz­lük, çox­lu zül­mət gö­rür. Bu­ra­da isə mü­səl­man­lar ilə yə­hu­di­lə­rin ara­sın­da əla­qə­lə­rin ne­cə ola bi­lə­cə­yi­nin, ne­cə qu­rul­ma­sı­nın bir nü­mu­nə­si var. İl­lər bo­yun­ca Azər­bay­can­da yə­hu­di­lə­rə qar­şı gös­tər­miş ol­du­ğu­nuz qar­şı­lıq­lı hör­mət, gö­zəl ya­naş­ma bu əla­qə­lə­ri, Azər­bay­ca­na olan rəğ­bə­ti­mi­zi və hey­ran­lı­ğı­mı­zı da­ha da güc­lən­di­rir" (anl.az).


Son ola­raq qeyd edək ki, İs­rai­lin Ne­ta­ni­ya şə­hər ki­tab­xa­na­sın­da İs­ra­il-Azər­bay­can Bey­nəl­xalq As­so­sia­si­ya­sı ("Azİz") tə­rə­fin­dən Fu­ad Hü­seyn­za­də­nin dün­ya­nın müx­tə­lif öl­kə­lə­rin­də fəa­liy­yət gös­tə­rən ak­tiv di­as­por nü­ma­yən­də­lə­ri­nin fəa­liy­yə­tin­dən bəhs edən "Dün­ya Azər­bay­can­lı­la­rı­nın Pa­lit­ra­sı" ki­ta­bı­nın təq­di­ma­tı olub. Təd­bir­də qeyd edi­lib ki, ha­zır­da Azər­bay­can di­as­po­ru Azər­bay­ca­nın ma­raq­la­rı­nın təm­sil olun­ma­sın­da müx­tə­lif öl­kə­lər­də bö­yük uğur­lar əl­də edib ("re­port.az").


İs­ra­il-Azər­bay­can Bey­nəl­xalq As­so­sia­si­ya­sı­nın İda­rə He­yə­ti­nin üz­vü, Azər­bay­can Mə­də­niy­yət Mər­kə­zi­nin di­rek­to­ru Ye­ga­nə Sal­man Azər­bay­can di­as­po­ru­nun bir­ləş­mə­si, öl­kə­mi­zin ta­ri­xi­nin və mə­də­niy­yə­ti­nin təb­li­ği is­ti­qa­mə­tin­də han­sı iş­lə­rin gö­rül­dü­yün­dən bəhs edə­rək bil­di­rib: "Bi­zim fəa­liy­yə­ti­miz bir də­qi­qə be­lə da­yan­mır. Azər­bay­can­da heç vaxt an­ti­se­mi­tizm (yə­hu­di­lə­rə qar­şı əda­vət) ol­ma­yıb. Bu, yə­hu­di­lər üçün çox əhə­miy­yət­li fakt­dır, çün­ki yə­hu­di­lər ya­şa­dıq­la­rı hər yer­də tə­qib­lə­rə mə­ruz qa­lıb­lar. Biz is­ra­il­li­lə­rə Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si haq­qın­da hə­qi­qə­ti çat­dır­ma­ğa ça­lı­şı­rıq, ona gö­rə ki on­lar bu haq­da eşit­sə­lər də, çox şey haq­qın­da səhv in­for­ma­si­ya­ya ma­lik­dir­lər. Er­mə­ni ta­ri­xi­nə gə­lin­cə, axı er­mə­ni təb­li­ğa­tı bü­tün dün­ya­da ne­çə onil­lik­lər­dir fa­si­lə­siz iş­lə­yir. Bun­dan baş­qa, əl­bət­tə ki, biz Azər­bay­can ta­ri­xi və mə­də­niy­yə­ti­nin təb­li­ğa­tı üz­rə rəs­mi təd­bir­lər ke­çi­ri­rik. Biz bu təd­bir­lə­rə İs­ra­il­də ya­şa­yan bü­tün sə­viy­yə­li hö­ku­mət və qey­ri-hö­ku­mət təş­ki­lat­la­rın­dan rəs­mi şəxs­lə­ri-Knes­set üzv­lə­rin və dip­lo­ma­tik kor­pu­sun nü­ma­yən­də­lə­ri­ni, həm­çi­nin müx­tə­lif öl­kə­lə­rin həm­yer­li­lər bir­lik­lə­ri­nin nü­ma­yən­də­lə­ri­ni də­vət edi­rik".

 

Rə­şid RƏ­ŞAD

  • SON XƏBƏR
  • TREND