“Beşiktaş”ın yeni baş məşqçisi Abdulla Avçı olacaq - FOTO

24.05.2019 13:46
83
“Beşiktaş”ın yeni baş məşqçisi Abdulla Avçı olacaq - FOTO

Türkiyənin “Beşiktaş” klubunun yeni baş məşqçisi müəyyənləşib.


Türkiyə mətbuatının məlumatına görə, bu ölkənin yığmasında çalışdığı üçün İstanbul klubundan ayrılacaq Şenol Günəşi Abdullah Avçı əvəz edəcək.


Hazırda “Başakşəhər”i çalışdıran mütəxəssis üçün “Alanyaspor”la bugünkü matç postunda sonuncu olacaq. A.Avçı gələn həftə “Beşiktaş”la üç illik müqavilə imzalayacaq.

Mütəxəssis klub rəhbərliyi qarşısında məşqçilər korpusunu özünün seçəcəyi ilə bağlı şərt qoyduğu bildirilir. Bu da “ağ-qaralar” tərəfindən qəbul olunub.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND