"Visa" Qafqaz regionu üzrə yeni direktor təyin edib

05.07.2019 15:51
141
"Visa" Qafqaz regionu üzrə yeni direktor təyin edib

Beynəlxalq ödəniş sistemi olan “Visa Inc” Qafqaz regionu üzrə yeni direktor təyin edib.

“APA-Economis”in “Visa”ya istinadən verdiyi məlumata görə, bu vəzifəyə bundan öncə “Visa CISSEE” məhsulları komandasının rəhbəri olan Kristina Doroş (Cristina Doros) təyin edilib.

O, tutduğu yeni vəzifədə şirkətin Qafqaz regionunda fəaliyyətinə, o cümlədən müştərilərə göstərilən xidmətlərin keyfiyyətini və verdiyi dəyərin artırılmasına, həmçinin regionda nağdsız ödənişlərin inkişafına cavabdeh olacaq.

Qeyd edək ki, Kristina Doroş pərakəndə bankçılıq, informasiya texnologiyaları, yeniliklər, kartlar və mobil ödəmələr sahəsində 20 ildən artıq təcrübəyə malikdir.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND