• 27 °C Bakı
  • 21 °C Quba
  • 26 °C Gəncə
  • 26 °C Yevlax
  • 28 °C Naxçıvan

Amerikalı senator: "Türkiyə S-400-lə sanksiyalar arasında seçim etməlidir"

22.04.2019 14:03
169
Amerikalı senator: "Türkiyə S-400-lə sanksiyalar arasında seçim etməlidir"

Türkiyə Rusiyanın S-400 zenit-raket komplekslərini alacağı təqdirdə ABŞ sanksiyalar tətbiq edəcək və eyni zamanda F-35 təyyarələrinin satışını dayandıracaq.


Bunu ABŞ senatoru Bob Menendes deyib.


Senator bildirib ki, Ankara kiminlə olduğunu seçməlidir:

“Türkiyə NATO-nun vacib müttəfiqi qalmaqda davam etməli, ya da Qərbdən uzaqlaşmalıdır” (trend).


B.Menendes əlavə edib ki, S-400 NATO sistemləri, texnikası ilə yanaşı dayana bilməz.


Senatorun sözlərinə görə, Türkiyəyə sanksiyalardan qaçması üçün digər variantlar təklif edilib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND