20 yaşlı gənc atasını ÖLÜMCÜL HALA SALDI - Yumruqla başına-başına... - FOTO

14.08.2019 10:32
29
20 yaşlı gənc atasını ÖLÜMCÜL HALA SALDI - Yumruqla başına-başına... - FOTO

Türkiyənin Aksaray vilayətində tükürpədən hadisə baş verib.


Qardaşını döymək istəyən böyük qardaş aralarına girən atasını döyüb. 


Hadisə dünən axşam yerli vaxtla saat 9-un yarısı baş verib. Məlumata görə, içkili halda evlərinin yerləşdiyi məhəlləyə gələn Mehmet Özkan Ç. (20) evin önündə atası Şaban Ç. ilə söhbət edən qardaşı M.Ç.-ya (17) hücum edib.


Qardaşını yumruqlamağa başlayan Mehmet Özkan Ç.-ya atası Şaban Ç. mane olmağa çalışıb. İki oğlunun davasını ayırmaq istəyən ata Mehmet Özkan Ç. tərəfindən döyülüb. Böyük oğlu atasına başından, bədəninin müxtəlif nahiyyələrindən zərbələr endirib.


Qonşular dərhal polis çağırıblar. Hadisə yerinə gələn polis əməkdaşları gözünü qan almış övladı bölməyə aparıblar. Ata isə yaxınlıqdakı xəstəxanaya yerləşdrilib. 


Bədən xəsarətləri alan Şaban Ç. xəstəxanada "Oğlum evdə məni tez-tez döyür. Yenə içib gəlib döydü" deyib.


20 yaşlı gənc atasını ÖLÜMCÜL HALA SALDI - Yumruqla başına-başına... - FOTO


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND