Abid Şərifova görə jurnalist işdən çıxarıldı - VİDEO

23.07.2019 18:03
107
Abid Şərifova görə jurnalist işdən çıxarıldı - VİDEO

Jurnalist Nurlan Libre Kanal-13 internet televiziyasındakı işindən çıxarılıb.


Ekspress.az xəbər verir ki, bu haqda telekanalın rəhbəri Anar Orucov sosial şəbəkədə yazıb.


"Abid Şərifovun etdiyi hərəkətə verdiyi adekvat cavabdan sonra Nurlanla bunu kollektivdə ciddi müzakirə etdik, qınadıq və mən ona rəsmi xəbərdarlıq etdim. Ona görə yox ki, Nurlan onun üzərinə maşın sürdürən bir keçmiş məmura öz hərəkətiə cavab verib, ona görə ki, onun etdiyi hərəkət ona qarşı edilənə adekvat olsa da, Kanal13-ün media etikasına, kollektivimizin davranış və əxlaqına adekvat deyil! Xəbərdarlığımızı qəbul etməməsi və etirazlarının davam etdirməsi durumunda isə həmkarımızla yollarımızı ayırmaq qərarı verdik".


Jurnalist Nurlan Libre bu hadisəyə "Abid Şərifova görə işimdən qovuldum" reaksiyasını verib. (unikal)

 


Ekspress.az

  • SON XƏBƏR
  • TREND