Baş nazir sərəncam imzaladı- Bayıl sürüşmə zonasında yaşayanlar köçürüləcək


25.05.2019 16:34
78
Baş nazir sərəncam imzaladı- Bayıl sürüşmə zonasında yaşayanlar köçürüləcək

Bakının Səbail rayonu, Bayıl sürüşmə zonasında yaşayan sakinlər köçürüləcək.


Ekspress.az xəbər verir ki, Baş Nazir Novruz Məmmədov sakinlərin köçürülməsinin təmin olunması məqsədilə sərəncam imzalayıb.


Sənədlə Bayıl sürüşmə zonasında yaşayan 92 ailə köçürüləcək (report). Sərəncama əsasən, həmin ailələrin hər biri müvafiq qaydada kompensasiya ilə təmin olunacaq.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND