Azərbaycan Ordusu Ermənistana məxsus taktiki PUA-nı məhv edib - FOTO

21.02.2019 15:44
331
Azərbaycan Ordusu Ermənistana məxsus taktiki PUA-nı məhv edib - FOTO

ATƏT-in Minsk Qrupu həmsədrinin Azərbaycana səfəri çərçivəsində fəaliyyətini həyata keçirdiyi bir vaxtda Ermənistan tərəfi növbəti təxribat törədib.


Ekspress.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, fevralın 21-i günorta saatlarında cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan silahlı qüvvələri "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.


Qeyd edək ki, Hərbi Hava Qüvvələrimizin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmən PUA-sı dərhal aşkarlanaraq zərərsizləşdirilib.


Ekspress.az

Açar sözlər: