Ronaldu rəqib komandanın müdafiəçisi Florensini ələ salıb


13.05.2019 14:44
66
Ronaldu rəqib komandanın müdafiəçisi Florensini ələ salıb

Futbol üzrə İtaliya A seriyasının 36-cı turunun matçında "Roma"nın müdafiəçisi Alessandro Florensi ilə "Yuventus"un hücumçusu Kriştianu Ronaldu arasında qarşıdurma yaranıb.


Ekspress.az xəbər verir ki, hadisə görüşün 59-cu dəqiqəsində baş verib.

Belə ki, deyişmə zamanı portuqaliyalı hücumçusu jestlə rəqibinin susmasına işarə edib. Ronaldu rəqibini onun boyunun kiçik olması ilə ələ salıb.


Qeyd edək ki, portuqaliyalının boyu italiyalı rəqibindən 14 santimetr ucadır. Ronaldunun boyu 187 santimetr, Florensinin boyu isə 173 santimetrdir.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND