12 yaşlı şagirdə sataşan direktordan XƏBƏR VAR

01.07.2019 16:00
264
12 yaşlı şagirdə sataşan direktordan XƏBƏR VAR

Xaçmazda orta məktəbdə 12 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilən məktəb direktoru Gülfərz Alxasov barəsində olan məhkəmə qərarından yenidən kassasiya şikayəti verib.


Ekspress.az xəbər verir ki, Ali Məhkəmədə keçiriləcək prosesdə iyulun 2-nə təyin edilib.

Şikayət hakim Gülzar Rzayevanın sədrliyi ilə araşdırılacaq.


Qeyd edək ki, 2017-ci il Xaçmaz rayonun Arzu qəsəbə tam orta məktəbinin direktoru, 1955-ci il təvəllüdlü G.Alxasov həmin məktəbin 6-cı sinif şagirdi, 2006-cı il təvəllüdlü qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirli bilinərək həbs edilib. O, 12 yaşlı qızın valideynləri tərəfindən polis və prokurorluğa edilən şikayət əsasında saxlanılıb.


Xaçmaz Rayon Məhkəməsinin hökmü ilə G.Alxasov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli tutulduğu gündən, yəni 1 noyabr 2017-ci il tarixdən hesablanması qərara alınıb (unikal.org). Hökmdən narazı qalan G.Alxasov apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib. Sabiq məktəb direktoru kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Daha sonra G.Alxasov kassasiya şikayətini geri götürüb. Bu səbəbdən də kassasiya şikayəti baxılmamış saxlanılıb.


Ekspress.az


Açar sözlər: