Moskvada faşizm üzərində qələbənin 74 illiyi ilə bağlı parad keçirilib - FOTOLAR

09.05.2019 13:03
142
Moskvada faşizm üzərində qələbənin 74 illiyi ilə bağlı parad keçirilib - FOTOLAR

Rusiyanın paytaxtı Moskva şəhərində - Qırmızı Meydanda İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə parad keçirilib.


Mərasimdə Rusiya prezidenti Vladimi Putin və Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev iştirak edib.


Vladimir Putin dünya birliyini təhlükələrə qarşı vahid təhlükəsizlik sistemi yartmağa çağırıb:


"Rusiya terrorizm, ekstremizm və neonasizmlə mübarizə aparmaq üçün bütün dövlətlərlə əməkdaşlıq etməyə hazırdır. Biz bütün ölkələri təhlükəsizlik sistemini effektiv və bərabər yaradılması üçün birgə hərəkət etməyə çağırırıq".


Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu tərəfindən qəbul edilən və quru qoşunlarının baş komandanı Oleq Salyukov tərəfindən idarə edilən parada 13 min hərbçi və 130 ədəd döyüş texnikası qatılıb (report). Əlverişsiz hava şəraiti ilə əlaqədar hərbi hava qüvvələrinin nümayişi təxirə salınıb.


Paraddan sonra Azərbaycan diasporunun da qatılaçağı "Ölməz alay"ın yürüşü başlayacaq.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND