Açıq-saçıq geyindiyi üçün qadını təyyarədə... - Dünya bu hadisədən danışır


12.07.2019 21:25
163
Açıq-saçıq geyindiyi üçün qadını təyyarədə... - Dünya bu hadisədən danışır

Amerika Hava Yollarına aid təyyarədə baş verən hadisə dünyanın diqqətini çəkib.


Ekspress.az xəbər verir ki, oğluyla bərabər səyahət edən bir sərnişini açıq-saçıq geyindiyi üçün üstünü ədyalla örtməyə məcbur ediblər. Rov adlı qadının dediklərinə görə, əvvəlcə ondan üst geyiminin olub olmadığını soruşublar, sonra ona bu geyimdə uça bilməyəcəyini, əks halda təyyarədən endirəcəklərini deyiblər. Lakin yanında başqa geyimi olmayan qadın 8 yaşlı oğlunun narahat olduğunu görüb və məsələnin uzanmaması üçün ədyal örtməyə razı olub.


Uçuşdan sonra hadisə ilə bağlı "Tvitter"də yazan Rova izləyicilər tərəfindən dəstək gəlib. Onlar eyni geyimi geyinən ağdərili qadının heç kimi narahat etmədiyini, bunun irqçilik olduğunu bildiriblər.


Məsələ ilə bağlı açıqlama verən Amerika Hava Yolları katibi Ş.Gilson qadından üzr istəyib və onun bütün səyahət xərclərini ödəməyə hazır olduğunu bidirib.


Ekspress.az