Bakıda 20 yaşlı gənci 5-ci mərtəbədən ATDILAR

09.10.2019 14:10
52
Bakıda 20 yaşlı gənci 5-ci mərtəbədən ATDILAR

Nəsimi rayonunda bədbəxt hadisə baş verib.


Ekspress.az xəbər verir ki, hadisə 5-ci mikrorayon ərazisində qeydə alınıb.


Naməlum şəxs və ya şəxslər 1999-cu il təvəllüdlü Əzizov Emin Vasif oğlunu 20 Yanvar küçəsində yerləşən binaların birinin 5-ci mərtəbəsindən atıblar.


Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub və Reanimasiya şöbəsinə yerləşdirilib.

Vəziyyəti ağırdır.


Faktla bağlı araşdırma aparılır. (unikal)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND