"Boeing" iflasın astanasındadır

15.03.2019 10:32
73
"Boeing" iflasın astanasındadır

ABŞ-ın təyyarə istehsalçısı "Boeing", Efiopiyada baş verən qəzadan sonra 40-dan çox ölkənin 737 Max tipli sərnişin təyyarələrinin uçuşlarını dayandırması səbəbilə çətin günlər keçirir.

 

"Boeing", ilk dəfə 2017-ci ildə bazara bazara çıxardığı 737 Max-lardan dünya üzrə hava yolu şirkətlərinə 350-dən artıq təhvil həyata keçirib. 737 Max-ların fərqli böyüklükdə versiyaları var. Orta və qısa məsafəli uçuşlarda yanacaq qənaəti təmin edən modelə hava yolu şirkətləri tərəfindən geniş şəkildə üstünlük verilir. Şirkətin hazırda 4 min 600 ədəd B737 Max 8 sərnişin təyyarəsi sifarişi var (sifariş qəbul edib).


İnvestisiya bankı "Morgan Stanley"in tərəfdaşlarına göndərdiyi məlumata görə, Max-ların da daxil olduğu 737 sinif təyyarələr "Boeing"in ümumi sərnişin təyyarəsi istehsalının 70%-ni təşkil edir (Marja). Bu il və gələcək 3 il ərzində təhvil veriləcək sifarişlərin isə demək olar ki, hamısının Max-lar olacağı ehtimal edilir. Bu səbəbdən modeldə bir istehsal səhvi aşkar edilib sifarişlərin ləğvi halında, şirkət iflasla üz-üzə qala bilər.

 

Qazaların 737 Max 8-lərin uçuş nəzarət proqramındakı qüsurdan qaynaqlanmış ola biləcəyi ehtimalı üzərində də durulur. 


Ekspress.az

  • SON XƏBƏR
  • TREND