Di­as­po­ru­muz er­mə­ni təx­ri­bat­la­rı­nın qar­şı­sı­nı alır

30.11.2018 19:50
832
Di­as­po­ru­muz er­mə­ni təx­ri­bat­la­rı­nın qar­şı­sı­nı alır

Son il­lər Azər­bay­can di­as­po­ru­nun in­ki­şa­fı, xa­ric­də­ki soy­daş­la­rı­mı­zın təş­ki­lat­lan­ma­sı, di­as­por qu­rum­la­rı­mı­zın dün­ya öl­kə­lə­rin­də söz sa­hi­bi­nə çev­ril­mə­si göz önün­də­dir. Di­as­po­ru­mu­zun güc­lən­mə­si, ey­ni za­man­da lob­bi­çi­lik is­ti­qa­mə­tin­də atı­lan hər bir uğur­lu ad­dım, tə­bii ki, er­mə­ni di­as­po­ru­nu qı­cıq­lan­dı­rır. Odur ki, on­lar əl­lə­ri­nə dü­şən hər für­sət­də Azər­bay­ca­na qar­şı təx­ri­bat­la­ra əl atır­lar. Və hər də­fə də di­as­po­ru­muz be­lə təx­ri­bat­la­rın qar­şı­sı­nı alır.


Azər­bay­can di­as­po­ru­nun son 3 il­də qar­şı­sı­nı al­dı­ğı er­mə­ni təx­ri­bat­la­rı­nın si­ya­hı­sı­na nə­zər sa­laq. Ko­re­ya­nın Bey­nəl­xalq Təh­sil və İn­ki­şaf üz­rə Mil­li İns­ti­tu­tun­da er­mə­ni təx­ri­ba­tı­nın qar­şı­sı alı­nıb. Be­lə ki, 2015-ci il ap­re­lin 24-də Er­mə­nis­tan Pre­zi­dent Apa­ra­tı­nın əmək­da­şı ins­ti­tut­da Tür­ki­yə və Azər­bay­ca­na qar­şı təx­ri­bat xa­rak­ter­li film nü­ma­yiş et­dir­mək is­tə­yib. Hə­min ins­ti­tut­da təh­sil alan azər­bay­can­lı tə­lə­bə­lər film nü­ma­yiş olun­ma­mış­dan əv­vəl bun­dan xə­bər tu­tub­lar və sə­fir­lik­lə əla­qə sax­la­ya­raq mə­lu­mat ve­rib­lər.


Bun­dan son­ra Azər­bay­can sə­fir­li­yi ins­ti­tut rəh­bər­li­yi­nə na­ra­hat­lı­ğı­nı çat­dı­rıb ("re­port.az"). İns­ti­tut rəh­bər­li­yi Tür­ki­yə və Azər­bay­can əley­hi­nə it­ti­ham­lar­la do­lu fil­min təh­sil mü­əs­si­sə­sin­də nü­ma­yi­şi­nə ica­zə ver­mə­yib və təd­bir ləğv edi­lib.


Qeyd edək ki, mə­sə­lə ilə bağ­lı Tür­ki­yə­nin Ko­re­ya­da­kı sə­fir­li­yi də mə­lu­mat­lan­dı­rı­lıb və bu öl­kə­nin sə­fir­li­yi də təd­bir­lə bağ­lı na­ra­hat­lı­ğı­nı Ko­re­ya­nın rəs­mi qu­rum­la­rı­nın diq­qə­ti­nə çat­dı­rıb.

Sankt-Pe­ter­burq­da da konf­rans za­ma­nı er­mə­ni ali­min təx­ri­ba­tı­nın qar­şı­sı alı­nıb. 2016-cı il sen­tyab­rın 26-dan 29-dək Sankt-Pe­ter­burq­da Döv­lət Er­mi­ta­jın­da II Bey­nəl­xalq "ICON II" konf­ran­sı ke­çi­ri­lib. Şərq nu­miz­ma­ti­ka­sı möv­zu­su­na həsr olu­nan II Bey­nəl­xalq "ICON II" konf­ran­sın­da Azər­bay­can alim­lə­ri də mə­ru­zə­lər­lə çı­xış edib­lər. Təd­bir çər­çi­və­sin­də Alek­sandr Akop­ya­nın "1747-1827-ci il­lər­də Şər­qi Er­mə­nis­tan xan­lıq­la­rın­da (İrə­van, Nax­çı­van, Gən­cə və Qa­ra­bağ) zərb­xa­na işi" möv­zu­sun­da təh­rik­çi xa­rak­ter­li mə­ru­zə ilə çı­xış et­mə­si nə­zər­də tu­tu­lub. Er­mə­ni tə­rə­fin növ­bə­ti də­fə Azər­bay­ca­nın ta­ri­xi də­yər­lə­ri­ni və mə­də­ni ir­si­ni mə­nim­sə­mək cəhd­lə­ri ge­niş re­zo­nans do­ğu­rub və ic­ti­ma­iy­yə­tin haq­lı na­ra­zı­lı­ğı­na sə­bəb olub.


Konf­ran­sın əhə­miy­yə­ti və təd­bir­də Azər­bay­can alim­lə­ri­nin iş­ti­ra­kı­nın ak­tu­al­lı­ğı nə­zə­rə alı­na­raq, AMEA və Azər­bay­ca­nın Ru­si­ya­da­kı sə­fir­li­yi ilə ya­na­şı, öl­kə­mi­zin Sankt-Pe­ter­burq­da­kı Baş kon­sul­lu­ğu da Döv­lət Er­mi­ta­jı­nın di­rek­to­ru Mi­xa­il Pi­ot­rovs­ki­yə mək­tub gön­də­rə­rək Azər­bay­can alim­lə­ri­nin akk­re­di­ta­si­ya­sı­na kö­mək gös­tə­ril­mə­si­ni xa­hiş edib. Hə­min konf­ran­sa Mil­li Azər­bay­can Ta­ri­xi Mu­ze­yi­nin Nu­miz­ma­ti­ka şö­bə­si­nin rəh­bə­ri, ta­rix elm­lə­ri dok­to­ru, pro­fes­sor Əli Rə­cəb­li və Hü­quq və İn­san Haq­la­rı İns­ti­tu­tu­nun bö­yük el­mi iş­çi­si, do­sent Riz­van Hü­sey­nov­dan iba­rət AMEA-nın nü­ma­yən­də he­yə­ti­ni gön­dər­mək qə­ra­ra alı­nıb.


Azər­bay­can­lı alim­lər öl­kə­mi­zin Sankt-Pe­ter­burq­da­kı baş kon­sul­lu­ğun­da bu dip­lo­ma­tik mis­si­ya­nın rəh­bə­ri Sul­tan Qa­sı­mov­la gö­rü­şüb­lər. Gö­rüş­də AMEA nü­ma­yən­də­lə­ri­nin konf­rans­da iş­ti­ra­kı və çı­xı­şı ilə bağ­lı mə­sə­lə­lər mü­za­ki­rə edi­lib.


Döv­lət Er­mi­ta­jı­nın di­rek­to­ru M.Pi­ot­rovs­ki bey­nəl­xalq konf­ran­sın açı­lış gü­nün­də azər­bay­can­lı alim­lə­ri qə­bul edib və Azər­bay­ca­nın bu təd­bir­də təm­sil olun­ma­sın­dan məm­nun­lu­ğu­nu bil­di­rib. M.Pi­ot­rovs­ki nu­miz­ma­ti­ka­nın və di­gər el­mi fən­lə­rin in­ki­şa­fı­na Azər­bay­can alim­lə­ri­nin töh­fə­si­ni yük­sək qiy­mət­lən­di­rə­rək Er­mi­taj­la Azər­bay­ca­nın el­mi dai­rə­lə­ri ara­sın­da əmək­daş­lı­ğı ge­niş­lən­dir­mə­yin zə­ru­ri ol­ma­sı­nı vur­ğu­la­yıb. Konf­ran­sın ic­las­la­rı­nın bi­ri­nə pro­fes­sor Əli Rə­cəb­li rəh­bər­lik edib. Azər­bay­can nü­ma­yən­də he­yə­ti­nin tə­ki­di ilə er­mə­ni pro­fes­sor A.Akop­ya­nın mə­ru­zə­si­nin il­kin adı təd­bi­rin proq­ra­mın­dan çı­xa­rı­lıb, mə­ru­zə­nin mət­ni­nə də­yi­şik­lik­lər olu­nub, "Şər­qi Er­mə­nis­tan" söz­lə­ri və onun­la bağ­lı ifa­də­lər mətn­dən ix­ti­sar edi­lib.


Konf­ran­sın son gü­nün­də pro­fes­sor Ə.Rə­cəb­li "XVIII-XIX əsr­lər­də Azər­bay­can xan­lıq­la­rın­da zərb­xa­na işi və pul döv­riy­yə­si" ad­lı mə­ru­zə ilə çı­xış edib. Azər­bay­can ali­mi­nin çı­xı­şı konf­ran­sın ge­di­şin­də əsas­lı də­yi­şik­li­yə sə­bəb olub və bey­nəl­xalq konf­rans çər­çi­və­sin­də er­mə­ni­lə­rin növ­bə­ti ya­la­nı­nı yay­maq cəh­di­nin qar­şı­sı alı­nıb.


Ni­der­land Kral­lı­ğın­da fəa­liy­yət gös­tə­rən Azər­bay­can-Türk Kü­le­ür Dər­nə­yi­nin rəh­bə­ri İl­han Aş­kın 2014-cü il­də Al­me­lo şə­hə­rin­də qon­dar­ma "er­mə­ni soy­qı­rı­mı" abi­də­si­nin ti­ki­ni­ti­si­nin qar­şı­sı­nı al­maq məq­sə­di­lə türk təş­ki­lat­la­rı­nın ke­çir­di­yi bir­gə eti­raz ak­si­ya­sın­da çı­xış edə­rək, Er­mə­nis­ta­nın Azər­bay­can tor­paq­la­rı­nı iş­ğal et­mə­si, azər­bay­can­lı­la­ra qar­şı soy­qı­rı­mı ak­tı hə­ya­ta ke­çir­mə­si ba­rə­də mə­lu­mat ve­rib və er­mə­ni vəh­şi­li­yi­ni pis­lə­yib. O qeyd edib ki, er­mə­ni­lər Qa­ra­bağ mü­ha­ri­bə­sin­də uşaq, qa­dın, qo­ca de­mə­dən min­lər­lə in­sa­nı ağı­la­sığ­maz iş­gən­cə­lər­lə qət­lə ye­ti­ri­lib.

Er­mə­ni di­as­po­ru isə İ.Aş­kı­nın gu­ya hə­min ak­si­ya­da irq­çi ifa­də­lər iş­lət­di­yi­nə gö­rə po­li­sə şi­ka­yət edib.


Qeyd edək ki, İ.Aş­kın 25 il­dən çox­dur Ni­der­land­da, bü­tün Av­ro­pa­da Azər­bay­ca­nın haqq işi uğ­run­da mü­ba­ri­zə apa­rır, Azər­bay­can, Qa­ra­bağ hə­qi­qət­lə­ri­ni təb­liğ edir, er­mə­ni sax­ta­kar­lıq­la­rı­na qar­şı fə­da­kar­lıq­la mü­ca­di­lə edir. Onun rəh­bər­li­yi ilə Azər­bay­can-Türk Kül­tür Dər­nə­yi 2007-ci il­də Xo­ca­lı şə­hid­lə­ri üçün Ni­der­land­da abi­də ucal­dıb, Haa­qa­da yer­lə­şən bey­nəl­xalq təş­ki­lat­la­rın ofis­lə­ri qar­şı­sın­da Azər­bay­can fa­ciə­lə­ri ilə bağ­lı eti­raz ak­si­ya­la­rı təş­kil edib.


Ötən il fev­ra­lın 26-da Va­şinq­ton­da Azər­bay­can Res­pub­li­ka­sı­nın Sə­fir­li­yi qar­şı­sın­da bir qrup er­mə­ni təx­ri­bat­çı ak­si­ya ke­çir­mə­yə ça­lı­şıb və həm­və­tən­lə­ri­miz bu təx­ri­ba­ta la­yiq­li ca­vab ve­rib. Er­mə­nis­tan ha­ki­miy­yə­ti­nə bağ­lı er­mə­ni lob­bist təş­ki­lat­la­rı­nın tə­şəb­bü­sü və dəs­tə­yi ilə təş­kil edi­lən və az say­da iş­ti­rak­çı­nın qa­tıl­dı­ğı ak­si­ya­da əsas diq­qət "Sum­qa­yıt ha­di­sə­lə­ri" ilə bağ­lı gu­ya Azər­bay­can tə­rə­fi­nə eti­ra­zın bil­di­ril­mə­si və öl­kə­mi­zə qar­şı təx­ri­bat­çı şü­ar­la­rın səs­lən­di­ril­mə­si olub.

Sö­zü­ge­dən ak­si­ya­dan xə­bər tu­tan Azər­bay­can di­as­po­ru­nun üzv­lə­ri hə­min təx­ri­ba­ta qar­şı ak­si­ya ke­çi­rə­rək Qa­ra­ba­ğın əzə­li Azər­bay­can tor­pa­ğı ol­du­ğu, Er­mə­nis­ta­nın iş­ğal­çı döv­lət ki­mi Azər­bay­can tor­paq­la­rı­nı dər­hal bo­şalt­ma­sı, Er­mə­nis­tan ha­ki­miy­yə­ti­nin Xo­ca­lı­da tö­rət­di­yi əməl­lə­rə gö­rə ci­na­yət mə­su­liy­yə­ti­nə cəlb olun­ma­sı­na yö­nəl­miş ça­ğı­rış­lar edə­rək er­mə­ni ak­si­ya­sı­nı uğur­suz və­ziy­yə­tə sa­lıb. Soy­daş­la­rı­mı­zın səs­lən­dir­di­yi "Əs­gər mar­şı" və Döv­lət Him­ni sə­da­la­rı al­tın­da er­mə­ni təx­ri­bat­çı qru­pu da­ğı­lış­maq məc­bu­riy­yə­tin­də qa­lıb.


Er­mə­ni lob­bist­lə­ri­nin bu təx­ri­bat­çı ak­si­ya­sı­nın əsas məq­sə­di Azər­bay­can tə­rə­fin­dən Xo­ca­lı qət­lia­mı ba­rə­də hə­qi­qət­lə­rin ABŞ-da ta­nı­dıl­ma­sı üçün bir çox şə­hər­lər­də hə­ya­ta ke­çir­di­yi çox­say­lı təd­bir­lər­dən diq­qə­ti ya­yın­dır­maq­dır. Ak­si­ya­nın Xo­ca­lı soy­qı­rı­mı­nın il­dö­nü­mü gü­nü təş­kil edil­mə­si də bu­nu bir da­ha gös­tə­rir.


Ötən il da­ha bir er­mə­ni təx­ri­ba­tı­nın qar­şı­sı alı­nıb. 2017-ci il ok­tyab­rın 18-19-da Brüs­sel­də er­mə­ni di­as­po­ru­nun təş­ki­lat­çı­lı­ğı ilə Av­ro­pa er­mə­ni­lə­ri­nin 4-cü "konq­re­si" ke­çi­ri­lib. Konq­res çər­çi­və­sin­də Av­ro­pa Par­la­men­ti­nin bi­na­sın­da ke­çi­ri­lən ses­si­ya za­ma­nı Er­mə­nis­tan si­lah­lı qüv­və­lə­ri tə­rə­fin­dən iş­ğal edil­miş Azər­bay­ca­nın əra­zi­si Dağ­lıq Qa­ra­bağ­da ya­ra­dı­lan qon­dar­ma re­jim "nü­ma­yən­də­lə­ri"nin iş­ti­ra­kı ilə təx­ri­bat tö­rə­dil­mə­si nə­zər­də tu­tu­lub.


İş­ğal­çı re­ji­min "baş­çı­sı" Ba­ko Sa­ak­ya­nın əlal­tı­la­rı ilə Brüs­se­lə gəl­mə­si­nə və "konq­res"də iş­ti­rak et­mək cəhd­lə­ri­nə bax­ma­ya­raq, atı­lan ad­dım­lar nə­ti­cə­sin­də qon­dar­ma re­jim "nü­ma­yən­də­lə­ri"nin Av­ro­pa Par­la­men­ti bi­na­sın­da ke­çi­ri­lən təd­bir­də iş­ti­ra­kı­nın və çı­xı­şı­nın qar­şı­sı alı­nıb.

Pol­şa­da fəa­liy­yət gös­tə­rən di­as­por təş­ki­la­tı da er­mə­ni təx­ri­ba­tı­nın baş tut­ma­sı­na im­kan ver­mə­yib.

Qeyd edək ki, Pol­şa­nın Poz­nan şə­hə­rin­də Qlov­na kü­çə­sin­də yer­lə­şən er­mə­ni­lə­rə məx­sus olan res­to­ra­nın rek­lam ban­ne­rin­də Er­mə­nis­ta­nın xə­ri­tə­si ve­ri­lib. Xə­ri­tə­də iş­ğal al­tın­da olan Dağ­lıq Qa­ra­bağ tor­pa­ğı da Er­mə­nis­tan əra­zi­si ki­mi gös­tə­ri­lib. Bu isə Pol­şa­da ya­şa­yan soy­daş­la­rı­mı­zın eti­ra­zı­na sə­bəb olub. Pol­şa­da Azər­bay­can­lı Gənc­lər Şu­ra­sı­nın səd­ri Na­il Əh­mə­din de­di­yi­nə gö­rə, rəh­bər­lik et­di­yi təş­ki­lat təx­ri­ba­tın qar­şı­sı­nı al­maq üçün hə­rə­kə­tə ke­çib. Mə­sə­lə ilə bağ­lı şə­hə­rin me­ri­nə eti­raz mək­tu­bu ün­van­la­nıb. Təx­ri­ba­tın qar­şı­sı­nı al­maq üçün hü­qu­qi müs­tə­vi­də mü­ba­ri­zə apa­rı­lır.


Bir ne­çə gün əv­vəl isə Ru­si­ya­ya məx­sus Yan­dex.ru ax­ta­rış sis­te­min­də Azər­bay­can Res­pub­li­ka­sı ilə bağ­lı de­zin­for­ma­si­ya Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin mə­sə­lə­yə mü­da­xi­lə­si­lə proq­ram­dan çı­xa­rı­lıb. Bu­nun­la bağ­lı Döv­lət Ko­mi­tə­si­nə mə­lu­mat da­xil olan ki­mi Ru­si­ya­nın pay­tax­tı Mosk­va şə­hə­rin­də fəa­liy­yət gös­tə­rən Azər­bay­can di­as­por təş­ki­lat­la­rı­na təx­ri­ba­tın qar­şı­sı­nın alın­ma­sı məq­sə­di­lə mü­əy­yən töv­si­yə­lər ve­ri­lib.


Di­as­por Ko­mi­tə­sin­dən "Eks­press"ə ve­ri­lən mə­lu­mat­da bil­di­ri­lir ki, mə­sə­lə ilə əla­qə­dar "Mosk­va­nın Azər­bay­can İc­ma­sı" təş­ki­la­tı­nın səd­ri Şa­mil Ta­ğı­yev so­si­al şə­bə­kə va­si­tə­si­lə soy­daş­la­rı­mı­za Yan­dex rəh­bər­li­yi­nə mü­ra­ci­ət ün­van­la­ma­la­rı­nı töv­si­yə edib. Di­as­por təş­ki­lat­la­rı­nın və ümu­mi­lik­də soy­daş­la­rı­mı­zın kəs­kin eti­raz­la­rı nə­ti­cə­sin­də sis­tem­də yer­ləş­di­ril­miş Azər­bay­can Res­pub­li­ka­sı haq­qın­da de­zin­for­ma­si­ya proq­ram­dan çı­xa­rı­lıb.


Qeyd edək ki, sis­te­min smart­fon­lar üçün ha­zır­la­dı­ğı səs­li proq­ram­da Azər­bay­can haq­qın­da sor­ğu­ya yan­lış mə­lu­mat yer­ləş­di­ril­miş­dir. Mə­lu­mat­da Azər­bay­can Res­pub­li­ka­sı ləz­gi, gür­cü və er­mə­ni tor­paq­la­rın­da ya­ra­dı­lan qon­dar­ma döv­lət ki­mi təq­dim olu­nur­du.

Bu və di­gər ha­di­sə­lər ar­tıq Azər­bay­can di­as­por təş­ki­lat­la­rı­nın da­ha da güc­lən­di­yin­dən, ar­tıq dün­ya öl­kə­lə­rin­də söz sa­hi­bi ol­du­ğun­dan xə­bər ve­rir.


Mu­rad MƏM­MƏD­Lİ

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND