Paşinyanın əsgər oğlu Qarabağdan qaçıb? – Şok video

17.09.2019 15:00
130
Paşinyanın əsgər oğlu Qarabağdan qaçıb? – Şok video

Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində “hərbi xidmət”də olan oğlu Aşot Paşinyan İrəvan şəhərindədir.


Ekspress.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.


Baş nazirin oğlunun İrəvan küçələrində yayılan görüntüsü onun atasının vəzifəsindən sui-istifadə edərək, hərbi xidmətdən yayınması iddiasına yol açıb.


Aşotun tez-tez İrəvana gəldiyini qeyd edən KİV onun ümumiyyətlə , hərbi xidmətdə olmadığını da vurğulayıb.


Ermənistan baş nazirinin mətbuat katibi Vladimir Karapetyan isə yayılan məlumatları təkzib edərək, Aşot Paşinyanın məzuniyyətdə olduğunu bildirib.


Əlavə edək ki, bundan əvvəl erməni mediasında Aşot Paşinyanın bir neçə dəfə məzuniyyət adıyla İrəvana gəldiyi xəbəri yayılmışdı. Ölkənin birinci xanımı Anna Akopyan bu xəbərləri təkzib etmək məcburiyyətində qalmışdı.


Aşot Paşinyanın paytaxt küçəsində çəkilmiş videogörüntüsünü təqdim edirik:


(teleqraf)


Ekspress.az

Açar sözlər: