Teymur Rəcəbov Dünya Kubokunun qalibi olub - YENİLƏNİB


04.10.2019 19:04
196
Teymur Rəcəbov Dünya Kubokunun qalibi olub - YENİLƏNİB

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunun finalında altıncı "tay-breyk" görüşünü keçirib.


Ekspress.az -ın məlumatına görə, 32 yaşlı qrossmeyster çinli rəqibi Dinq Lirenlə bu dəfə ağ fiqurlarla üz-üzə gəlib.


Altıncı duel Rəcəbovun qələbəsi ilə bitib və Azərbaycan təmsilçisi Dünya Kubokunun qalibi olub - 6:4. Teymur Rəcəbov Dünya Kubokunun sahibi olan ilk şahmatçı kimi ölkə idmanının tarixinə düşüb.


Qeyd edək ki, final mərhələsində ümumi hesab bərabər olduğu üçün (2:2) "tay-breyk" oynanılıb. Yarışın mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanıb. Teymur Rəcəbovla Dinq Liren həlledici görüşə vəsiqə qazanmaqla İddiaçılar Turnirində iştirak hüququ da əldə ediblər.


***


Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunun finalında beşinci "tay-breyk" görüşünü keçirib.


Ekspress.az -ın məlumatına görə, 32 yaşlı qrossmeyster çinli rəqibi Dinq Lirenlə bu dəfə qara fiqurlarla üz-üzə gəlib.


Beşinci duel 76-cı gedişdən sonra Rəcəbovun qələbəsi ilə bitib. Bir azdan növbəti görüş oynanılacaq. Azərbaycan şahmatçısı ən azı heç-heçə edəcəyi təqdirdə Dünya Kubokunun qalibi olacaq.


***


Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunun finalında dördüncü "tay-breyk" görüşünü keçirib.


Ekspress.az -ın məlumatına görə, 32 yaşlı qrossmeyster çinli rəqibi Dinq Lirenlə bu dəfə ağ fiqurlarla üz-üzə gəlib. Dördüncü duel 30-cu gedişdə heç-heçə bitib. Bir azdan həlledici partiya başlayacaq.


***


Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunun finalında üçüncü "tay-breyk" görüşünü keçirib.


Ekspress.az -ın məlumatına görə, 32 yaşlı qrossmeyster çinli rəqibi Dinq Lirenlə bu dəfə qara fiqurlarla üz-üzə gəlib. Üçüncü duel 41-ci gedişdə heç-heçə bitib. Bir azdan dördüncü qarşılaşma başlayacaq.


***

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunun finalında ikinci "tay-breyk" görüşünü keçirib.


32 yaşlı qrossmeyster çinli rəqibi Dinq Lirenlə qara fiqurlarla üz-üzə gəlib. 40-cı gedişdə tərəflər heç-heçəyə razılaşıblar. İlk "tay-breyk" görüşündə də eyni hesab qeydə alınmışdı.


Qeyd edək ki, final mərhələsində ümumi hesab bərabər olduğu üçün (2:2) "tay-breyk" oynanılır. Yarışın mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80min dollar qazanacaq. Teymur Rəcəbovla Dinq Liren həlledici görüşə vəsiqə qazanmaqla İddiaçılar Turnirində iştirak hüququ da əldə ediblər.


***


Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunun finalında ilk "tay-breyk" görüşünü keçirib.


32 yaşlı qrossmeyster çinli rəqibi Dinq Lirenlə bu dəfə ağ fiqurlarla üz-üzə gəlib. İlk duel 64-cü gedişdə heç-heçə ilə bitib. Bir azdan ikinci qarşılaşma başlayacaq.


Qeyd edək ki, final mərhələsində ümumi hesab bərabər olduğu üçün (2:2) "tay-breyk" oynanılır. Yarışın mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanacaq. Teymur Rəcəbovla Dinq Liren həlledici görüşə vəsiqə qazanmaqla İddiaçılar Turnirində iştirak hüququ da əldə ediblər. (report)


Ekspress.az

Açar sözlər: