12 sığorta şirkəti yarımillik maliyyə hesabatını açıqlamayıb - MONİTORİNQ

12.10.2019 12:21
160
12 sığorta şirkəti yarımillik maliyyə hesabatını açıqlamayıb - MONİTORİNQ

Azərbaycanda fəaliyyət göstərən 22 sığorta şirkətindən 12-si bu ilin I yarısının yekunlarına dair maliyyə hesabatını açıqlamayıb.


Ekspress.az xəbər verir ki, həmin şirkətlər “A-Qrup Sığorta”, “Atəşgah Həyat Sığorta”, “Atəşgah Sığorta”, “Azərbaycan Sənaye Sığorta”, “Azsığorta”, “Naxçıvan Sığorta”, “PAŞA Həyat Sığorta”, “PAŞA Sığorta”, "Qala Sığorta", "Xalq Həyat Sığorta", “Xalq Sığorta” ASC-lər, eləcə də Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətidir (“Azərsığorta”).


Xatırladaq ki, bunlardan “Naxçıvan Sığorta” həm də 2018-ci ilin yekunlarına dair maliyyə hesabatı verməyib.


Qalan 10 sığorta şirkəti – “Amrah Sığorta”, “Ata Sığorta”, "AXA Mbask”, “Bakı Sığorta”, “Günay Sığorta”, “İpək Yolu Sığorta”, “Meqa Sığorta”, "Qala Həyat Sığorta", “Rəvan Sığorta” və “Standard Insurance” ASC-lər isə 2019-cu ilin yanvar-iyun aylarının yekunları barədə ictimaiyyəti məlumatlandırıb. Bunlardan 9-u yarımili mənfəətlə, 1-i isə zərərlə başa vurub. (report)


Ekspress.az

Açar sözlər: