Çinin valyuta ehtiyatları maksimuma çatıb

10.06.2019 22:48
111
Çinin valyuta ehtiyatları maksimuma çatıb


Çinin valyuta ehtiyatları may ayında ötən ilin avqust ayından bəri maksimuma çataraq 3 trilyon 101 milyard dollar təşkil edib.


Bu barədə Çin Xalq Bankının dərc etdiyi məlumatda bildirilir.


Çin, həmçinin mütəmadi olaraq altı aydır qızıl alışını da artırır. Hazırda ölkənin qiymətlı metal ehtiyatları 1916 tona çatıb (Azərtac). Çin Xalq Bankı may ayında 15,6 ton qızıl alıb.


Çinin qızıl ehtiyatlarının həcmi may ayının sonlarında 79,8 milyard dollara yüksəlib.


Ekspress.az