• 7 °C Bakı
  • -3 °C Quba
  • 5 °C Gəncə
  • 4 °C Yevlax
  • 1 °C Naxçıvan

"Real Madrid" futbol komandasının baş məşqçisi istefaya göndərilə bilər

08.03.2019 18:27
58
"Real Madrid" futbol komandasının baş məşqçisi istefaya göndərilə bilər

 İspaniyanın "Real Madrid" futbol komandasının baş məşqçisi Santyaqo Soları tezliklə istefaya göndərilə bilər.


İspaniya mediası xəbər verir ki, artıq "kral klubu"nun rəhbərliyi müvafiq qərar qəbul edib.

 

Səbəb kimi komandanın Çempionlar Liqasından kənarda qalması göstərilir. Madridlilər 1/8 finalda Hollandiya "Ayaks"ına iki oyunun yekununda 3:5 hesabı ilə uduzaraq, sensasiyalı şəkildə yarışla vidalaşıb.


Baş məşqçi postuna əsas namizədlər qismində Zinəddin Zidanla Joze Mourinyo göstərilir. Mourinyonun bu vəzifəni tutma ehtimalı daha böyükdür (report). Hər iki mütəxəssis əvvəllər də "Real Madrid"ə rəhbərlik ediblər.


Zidan 2016-2018-ci illərdə çalışdığı komandaya ölkə çempionluğu və 3 dəfə Çempionlar Liqasını, Mourinyo isə 2010 2013-cü illərdə işlədiyi kollektivə çempionluq, ölkə kuboku və Superkubok qazandırıb.


Hazırda "Real Madrid" La Liqada 48 xalla 3-cü pillədə qərarlaşıb. 


Ekspress.az

  • SON XƏBƏR
  • TREND