Azərbaycanda qadın maşının altında qalıb CAN VERDİ

18.09.2019 15:00
70
Azərbaycanda qadın maşının altında qalıb CAN VERDİ

Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyindən Ekspress.az -a verilən məlumata görə, sentyabrın 17-də saat 19 radələrində Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində Musalı kənd sakini X.Həsənov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən kənd sakini Firuzə Əhədovanı vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.


Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. (unikal)


Ekspress.az


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND