"İnstagram" çökdü və... - YENİLƏNİB

03.10.2018 12:26
1812
"İnstagram" çökdü və... - YENİLƏNİB

Bu dəqiqələrdə "İnstagram" fəaliyyətini bərpa edib.


***


12:00

Sosial media nəhəngi olan "İnstagram"da problem yaranıb.


Bünüy dünyada sosial şəbəkəyə bağlanmaq istəyən istifadəçilər problemlə üzləşiblər.


"İnstagram"ın rəsmi saytı da fəaliyyətini dayandırıb. Qeyd edək ki, sosial şəbəkəyə daxil olmaq istəyərkən, "5XX" adlı səhv çıxır.


Üstəlik nasazlıq səbəbindən aktiv profillərdə məlumat paylaşmaq, axtarış etmək və ümumiyyətlə, şəbəkədən istifadə iflic hala düşüb.


Problemin səbəbləri barədə hələlik heç bir açıqlama verilməyib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND