2019-cu ilin yanvar-fevralında Neft Fondu 951,1 milyon dollar satıb

13.03.2019 11:22
70
2019-cu ilin yanvar-fevralında Neft Fondu 951,1 milyon dollar satıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2019-cu ilin fevral ayı ərzində 316,2 milyon ABŞ dolları məbləğində vəsait satılıb.


Ekspress.az ARDNF-ə istinadən xəbər verir ki, yanvar-fevral ayları ərzində satılan valyutanın məbləği 951,1 milyon dollar təşkil edib. Fevralda 634,9 milyon dollar satılmışdı.


ARDNF valyuta satışını dövlət büdcəsinə transfert məqsədilə həyata keçirir. Bu il dövlət büdcəsinə transfert məqsədilə 6,685 milyard dollar satılmalıdır. İki ayda satılan vəsait nəzərdə tutulan vəsaitin 14,22 faizini təşkil edir.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND