Azərbaycanın daha bir paralimpiyaçısı Dünya Kubokunda medal qazanıb


28.04.2019 11:30
234
Azərbaycanın daha bir paralimpiyaçısı Dünya Kubokunda medal qazanıb

Azərbaycanın pauerliftinq üzrə paralimpiya yığmasının üzvü Nurlan Babacanov Macarıstanın Eger şəhərində keçirilən Dünya Kubokunda bürünc medal qazanıb.


Ekspress.az xəbər verir ki, 96 kiloqram çəki dərəcəsində yarışan idmançımız 195 kiloqram çəkini qaldıraraq fəxri kürsünün üçüncü pilləsinə yiyələnib.


Eyni çəki dərəcəsində ilk yeri 220 kiloqramlıq çəki ilə Birləşmiş Ərəb Əmirliklərindən olan idmançı Xələf Məhəmməd Xamis qazanıb. İkinci yerə isə 210 kiloqram çəki ilə serbiyalı idmançı Petar Milankoviç layiq görülüb.


Xatırladaq ki, bir neçə gün öncə eyni yarışda 49 kiloqram çəki dərəcəsində yarışan idmançımız Pərvin Məmmədov qızıl medala layiq görülmüşdü.


Bu qələbə ilə Nurlan Babacanov "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarında iştirak etmək şanslarını artırıb.


Yarışlar davam edir. Bu gün digər idmançılarımız Elşən Hüseynov və Şamo Aslanov yarışlarda debüt edəcəklər.


Ekspress.az