Azərbaycanlı hərbçilər Əfqanıstana yola salındılar - FOTO - VİDEO

23.07.2019 17:50
78
Azərbaycanlı hərbçilər Əfqanıstana yola salındılar - FOTO - VİDEO

NATO-nun "Qətiyyətli Dəstək" missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.


Bu barədə Ekspress.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.


Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.


Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti olmaqla Əfqanıstandakı missiyada iştirak edir. (milli)




Ekspress.az

  • SON XƏBƏR
  • TREND