Azərbaycanda yanacaqdoldurma məntəqəsində yanğın olub - FOTO

02.05.2019 19:07
256
Azərbaycanda yanacaqdoldurma məntəqəsində yanğın olub - FOTO

Bərdə rayonunda yanacaqdoldurma məntəqəsində yanğın baş verib.


Ekspress.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən Vüsal Əliyevə məxsus obyektdə qeydə alınıb.


Belə ki, "İdeal Petrol" yanacaqdoldurma məntəqəsinin yardımçı binasında elektrik naqillərində baş verən qısaqapanma nəticəsində yanğın olub (report). Hadisə zamanı hava balonu və digər əşyalar yanaraq kül olub. 


Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb, alovun yayılmasının qarşısı alınıb.


Ekspress.az

Açar sözlər: