Cennifer Lopezi bu fotoya görə məhkəməyə verdilər - FOTO

11.10.2019 10:21
71
Cennifer Lopezi bu fotoya görə məhkəməyə verdilər - FOTO

Cennifer Lopez iki il əvvəl lentə alınan fotoya görə məhkəməyə verilib. 


Ekspress.az -ın xəbərinə əsasən, fotoda Cennifer sevgilisi Aleks Rodrigeslə birlikdədir. "Splash News" foto agentliyi məhkəməyə müraciət edərək Lopesdən 150 min dollar təzminat tələb edir. İddiaya görə, şirkətin fotosu icazə olmadan istifadə edilib. 


Şikayət ərizəsində qeyd edilib ki, onun icazəsi olmadan istifadə edilən istənilən foto original foto bazarına mənfi təsir edir. Lopes isə fotonu İnstaqram səhifəsində paylaşmışdı. 


Cennifer Lopezi bu fotoya görə məhkəməyə verdilər - FOTO

(big)


Ekspress.az