Marsda metan yox olur?

09.07.2019 20:55
63
Marsda metan yox olur?

Amerikanın Mars hərəkət aparatının etdiyi təkrar ölçmə əməliyyatları, Marsda əvvəl qeydə alınmış, metanın yox olmasını və konsentrasiya qazının əvvəlki vəziyyətə qayıtması haqqında yeni göstəricilərini təqdim etmişdir. Bu haqda NASA xəbər vermişdir.


Ekspress.az bildirir ki, məlumatda qeyd edilir: "Metanın miqdarı birdən-birə aşağı, milyardda birə enib. Bu miqdar, "Curiosity" Mars üzərində olan peykin qeyd etdiyi fon göstəricilərinə yaxındır. Metan üzərində araşdırma davam edir. Biz metanın Mars atmosferində vəziyyətini, dəyişkənliyini izləməkdə həmişəkindən daha çox maraqlıyıq", - deyə missiyanın əməkdaşlarından olan Aşvin Vasavada bildirmişdir.


Qeyd edək ki, yaxın zamanlarda Nyu-York Tayms (The New York Times) qəzeti, NASA-nın "Curiosity" Mars hərəkət aparatının Mars üzərində həddindən artıq metanın əmələ gəlməsinin qeyd etməsi haqda xəbər vermişdir (deyerler.org).


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND