Azərbaycan kimya sənayesi məhsullarının istehsalını artırıb

19.03.2019 12:17
116
Azərbaycan kimya sənayesi məhsullarının istehsalını artırıb


Azərbaycanda 2019-cu ilin yanvar-fevral aylarında 22,2 min ton propilen istesal edilib ki, buda əvvəlki ilin müvafiq dövrünə nisbətdə 71,6% çoxdu.


Dövlət Statistika Komitəsinin məlumatına əsasən başlıca kimya məhsullarından yod istehsalı 10,4%, etilen istehsalı 15,4%, polietilen istehsalı 11,3%, lak-boya məmulatlarının istehsalı 76,5% artıb.


Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 137,7 mln. manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı rezin və plastik kütlə məmulatlarının istehsalında 64%, kimya sənayesində 33,2%, əczaçılıq məhsullarının istehsalında isə 26,8% artıb qeydə alınıb.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND