Kürdəmirdə “KAMAZ” traktora çırpıldı - FOTO

26.05.2019 21:56
51
Kürdəmirdə “KAMAZ” traktora çırpıldı - FOTO


Kürdəmirdə yol qəzası baş verib.


Hadisə Bakı-Qazax yolunun 186 km-də, Kürdəmirin Çöhranlı kəndindən keçən hissəsində qeydə alınıb. Sürücü, Kürdəmir rayon sakini 35 yaşlı Məmmədov Samir Sərxan oğlu qoşqulu traktorla Bakı istiqamətində hərəkətdə olarkən, ona arxadan gələn “KAMAZ” çırpılıb.


Yük maşınını Özbəkistan vətəndaşı, hazırda Salyan rayonunda qeydiyyatda olan 62 yaşlı Əsədov Əli Ağayeviçin idarə etdiyi bildirilir. Qəza nəticəsində sürücülərdən xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND