ADB manat istiqrazlarını gələn il buraxa bilər


10.09.2019 19:43
69
ADB manat istiqrazlarını gələn il buraxa bilər

Asiya İnkişaf Bankı (ADB) Azərbaycan manatı ilə ilk istiqrazlarını 2020-ci ildə tədavülə buraxa bilər.


Ekspress.az xəbər verir ki, nu barədə mənbə bildirib. O bildirib ki, manat istiqrazlarının buraxılması borcalanların seçiminə görə yubanır. 

Belə ki, bu seçim zamanı başlıca meyarlardan biri beynəlxalq maliyyə hesabatları standartlarına (İFRS – İnternational Finance Reporting Standarts) uyğun həyata keçirilən auditor rəyinin mövcudluğu sayılır.

“Report” xəbər verir ki, ADB mövcud tələblərə uyğun gələn məqbul sayda borcalanın seçilməsindən sonra 50 milyon manat məbləğində, borcalanlar az olsa, daha az məbləğdə istiqraz buraxmağı nəzərdə tuturdu. Həmin vəsaitin də məhdud sayda bankların və qeyri-bank kredit təşkilatlarının maliyyə dəstəyinə sərf olunacağı güman edilir. Mikromaliyyə təşkilatları da həmin vəsaitləri təkrar kredit vasitəsilə əldə edə biləcək.


Qeyd edək ki, ADB postsovet regionunda milli valyutalarda istiqraz buraxmaq təcrübəsinə malikdir. Belə ki, bu ilin yanvar ayında 80 milyon dollar məbləğində, dəyişkən faiz dərəcəsilə Qazaxıstan təngələrində beş və yeddi il müddətinə müvafiq olaraq üç və beş ildən sonra erkən qaytarmaq imkanı verildiyi istiqrazlar buraxılıb.


Bununla yanaşı, 2016-cı ildə 225milyon dollar məbləğində Filipinlər pesosunda istiqrazlar buraxmışdı. Həmin vəsaitlər geotermal enerjisi də daxil olmaqla bir sıra ekoloji layihələrə sərf olunmuşdu. (report)


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND