Elektron siqaretlərin tüstüsü ağ ciyər xərçənginə səbəb olur - ALİMLƏR

15.10.2019 11:10
81
Elektron siqaretlərin tüstüsü ağ ciyər xərçənginə səbəb olur - ALİMLƏR

Nyu-York Universitetinin tibb məktəbinin alimləri aşkar ediblər ki, elektron siqaretlərin tüstüsü siçanlarda ağ ciyər xərçəngi yaradır.


Ekspress.az xəbər verir ki, tədqiqat ABŞ-ın "Proceedings of the National Academy of Sciences" elmi jurnalında dərc olunub.


Bu, elektron siqaretin nikotini və xərçəng xəstəliyi arasındakı əlaqəni dəqiq müəyyən edən ilk araşdırma olub.


Veyplərin buxarı siçanların DNT-sını zədələyərək ağ ciyər xərçəngi və sidik kisəsində şiş yaradır.


Tədqiqat nəticəsində məlum olub ki, 54 həftə ərzində elektron siqaretlərin tüstüsü təsirində olan 40 siçandan 22,5%-də ağ ciyər xərçəngi yaranıb, 57,5%-də isə sidik kisəsinin xərçənginə aparan zədələr müşahidə olunub.


"Elektron siqaretlərdən istifadə etsəz, zamanla sizdə müxtəlif xəstəliklər peyda ola bilər. Uzun müddət sonra isə xərçəng yarana bilər", - deyə layihənin əsas tədqiqatçısı Mun-Şonq Tan vurğulayıb. (big)


Ekspress.az