Rəsmən dövlət başçısı oldu

13.07.2019 13:08
82
Rəsmən dövlət başçısı oldu

KXDR-də konstitusiyaya əlavələr edildikdən sonra Kim Çen In ilk dəfə olaraq, dövlət başçısı elan olunub.


Ekspress.az xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.


Konstitusiyanın yeni versiyasına əsasən, KXDR-in rəhbərinə yeni vəzifə də verilir. Belə ki, Kim Çin In indi “ölkəni təmsil” etməlidir.


Bildirilir ki, bu vəzifəni əvvəllər Şimali Koreyanın xalq məclisinin Ali Rəyasət Heyətinin sədri Çhve Ren He icra edirdi.


Ekspress.az


  • SON XƏBƏR
  • TREND