Bütün dünya bu şəkildən danışır - FOTO

30.01.2019 02:34
474
Bütün dünya bu şəkildən danışır - FOTO

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Venesueladakı vəziyyətə həsr olunan brifinqdə çəkilən bu şəkli indi dünyanın hər yerində müzakirə edilməkdədir.


Ekspress.az xəbər verir ki, fotoqrafların çəkdiyi bu şəkildə Con Boltonun dəftərçəsindəki “Kolumbiyaya 5 min hərbçi” qeydi aydın görünür.


Qeyd edək ki, yanvarın 28-də ABŞ Venesuelanın PDVSA neft şirkətinə sanksiya tətbiq edib.

Sanksiya prezidentin milli təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton tərəfindən Ağ Evdə elan olunub. Lakin onun çıxışından çox əlində tutduğu qeyd dəftərində yazılanlar diqqət çəkib. Belə ki, dəftərdə "Kolumbiyaya 5 min hərbçi” sözləri yazılıb.


Dünya ictimaiyyəti tərəfindən müzakirələr zamanı ABŞ-ın Kolumbiyaya qoşun yeridəcəyi barədə fikirlər səslənməkdədir. Bəziləri hesab edirlər ki, Con Bolton qocalıqdan belə bir diqqətsizlik edib və ABŞ-ın məxfi planı üzə çıxıb. Lakin məlum qeydin qəsdən nümayiş etdirilməsi barədə də fikir yürüdülür.


Kolumbiyanın xarici işlər naziri Trujillo bu müzakirələrdən sonra paytaxt Boqotada kameralar qarşısına keçərək açıqlama verib. O, Boltonun əlindəki qeydin səbəbi və əhatə dairəsini bilmədiyini deyib. Nazir Kolumbiyanın ABŞ hökuməti və xalqı ilə dostluq və əməkdaşlıq münasibətlərində olduğunu, ikitərəfli və qlobal mövzularda birgə işləməyə davam edəcəklərini bildirib.


Onu da qeyd edək ki, yanvarın 29-da ABŞ-ın Cənubi Amerikadakı quru qoşunlarının komandanı, general Mark Stammer Kolumbiyaya gedib. Maraqlıdır ki, bu səfər həm qonşu Venesueladakı siyasi böhranın kəskinləşməsi ilə, həm də Boltonun dəftəçəsindəki “Kolumbiyaya 5 min hərbçi” qeydi ilə üst-üstə düşür.


Ekspress.az