Gömrük Komitəsi 9 ədəd “Body Scan" yoxlama aparatı alıb

22.02.2019 14:31
108
Gömrük Komitəsi 9 ədəd “Body Scan" yoxlama aparatı alıb

Dövlət Gömrük Komitəsinin sifariş verdiyi 9 ədəd “Body Scan" (B-Scan) yoxlama aparatı artıq ölkəyə gətirilib.


Ekspress.az xəbər verir ki, bunu Gömrük Komitəsinin Gömrük Nəzarətinin təşkili və ticarətin asanlaşdırılmasının baş idarəsinin əməkdaşı Böyükağa Şəfiyev bildirib.


Onun sözlərinə görə, gətirilən aparatlar yaxın zamanlarda bütün beynəlxalq hava limanlarında və Naxçıvan da daxil olmaqla bütün cənub sərhədlərində quraşdırılacaq.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND