Gerasimov Azərbaycana gəldi


10.07.2019 12:34
62
Gerasimov Azərbaycana gəldi

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Azərbaycana işgüzar səfərə gəlib.


Ekspress.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimov Bakıda olduğu müddətdə NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığının rəhbəri Tod Uolterslə görüşəcək", - məlumatda deyilir.


Bununla yanaşı, V.Gerasimov Azərbaycanın hərbi-siyasi rəhbərliyi ilə danışıqlar aparmağı planlaşdırır.


Xatırladaq ki, ötən ilin dekabr ayında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Bakıda görüşüb (report).


Ekspress.az

  • SON XƏBƏR
  • TREND