Paşinyan İlham Əliyevlə keçirilmiş üç görüşü müsbət qiymətləndirib

19.03.2019 20:15
63
Paşinyan İlham Əliyevlə keçirilmiş üç görüşü müsbət qiymətləndirib

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə daha əvvəl keçirilmiş üç görüşü müsbət qiymətləndirib və Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə qarşıdakı görüşün müsbət nəticə verəcəyinə ümid edir.


"Azərbaycan prezidenti ilə daha əvvəl keçirilmiş üç görüşü və baş tutacaq dialoqu müsbət hesab edirəm", - deyə N.Paşinyan bu gün Yerevanda keçirdiyi mətbuat konfransında bildirib (İnterfaks-Azərbaycan).


Onun sözlərinə görə, hər iki dövlətin liderləri Qarabağ münaqişəsinin sülh yolu ilə həllində iştirak etməlidirlər.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND