Ruhaniyə Nyu-Yorkda gəzmək qadağan edildi

24.09.2019 20:49
76
Ruhaniyə Nyu-Yorkda gəzmək qadağan edildi

ABŞ hökuməti BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak edən İran Prezidenti Həsən Ruhaniyə Nyu-Yorkda gəzməyi qadağan edib.


Belə ki, İran Prezidenti BMT-nin Nyu–Yorkun Manhetten bölgəsindəki mənzil-qərargahını tərk etmək istəsə xüsusi icazə almalıdır.


Ekspress.az xəbər verir ki, Həsən Ruhani oteldə yer üçün də xüsusi icazə alıb.


İran hökumətinin rəsmi nümayəndəsi Əli Rəbbi bütün bunları qanunsuzluq adlandırıb. O deyib ki, ABŞ belə addımları ilə bütün beynəlxalq qanunları tapdalayır.


Qeyd edək ki, Prezident Həsən Ruhani BMT-nin 74-cü sessiyası çərçivəsində bu gün Pakistanın Baş Naziri İmran Xan və Fransa Prezidenti Emmanuel Makron ilə görüşüb. (unikal)


Ekspress.az


  • SON XƏBƏR
  • TREND