BƏƏ-də 200-ə yaxın insan içməli sudan zəhərlənib


10.06.2019 09:10
108
BƏƏ-də 200-ə yaxın insan içməli sudan zəhərlənib

BƏƏ-nin Əcman əmirliyində yerləşən yaşayış komplekslərindən birinin təqribən 200 sakini keyfiyyətsiz içməli sudan zəhərlənmə əlaməti ilə tibb müəssisələrinə müraciət edib.


Ekspress.az xəbər verir ki, bu barədə Əcman polisinin "Twitter" mikrobloqu məlumat yayıb.


Bildirilir ki, iki istirahət günü ərzində əmirlik xəstəxanalarına "Horizon Towers" yaşayış kompleksinin ümumilikdə 190 nəfərə yaxın sakini müraciət edib (report). Nəticədə yeddi nəfər xəstəxanaya yerləşdirilib, onların vəziyyəti sabitdir.


Hazırda əmirliyin kommunal xidmətləri yaşayış kompleksini su ilə təmin edən bütün boru və anbarlarda yoxlama və dezinfeksiya işləri aparır.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND