AFFA rəsmisi Avropa Liqası matçına təyinat alıb


08.07.2019 10:10
134
AFFA rəsmisi Avropa Liqası matçına təyinat alıb

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva Avropa Liqasının oyununa təyinat alıb.


Ekspress.az xəbər verir ki, milli assosiasiya rəsmisi I təsnifat mərhələsinin “Şaxtyor” (Belarus) – “Hibernians” (Malta) matçında UEFA nümayəndəsi olacaq.


Qeyd edək ki, qarşılaşma iyulun 11-də Soliqorsk şəhərində baş tutacaq (report).


Ekspress.az