Çempionlar Liqasının qrupuna yüksələnlər

28.08.2019 09:12
71
Çempionlar Liqasının qrupuna yüksələnlər

Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.


Ekspress.az xəbər verir ki,  ilk oyun günündə üç matç baş tutub.


Keçirilən qarşılaşmalardan sonra qrup mərhələsinə üç vəsiqə sahibini tapıb. Çempionlar yolunda iki xoşbəxt bəlli olub.


Bunlar Zaqreb “Dinamo”su və Serbiya təmsilçisi “Srvena Zvezda”dır. Sonuncular yenə heç-heçə etdiyi İsveçrə “Yanq Boyz”unu səfər qolları sayəsində mübarizədən kənarlaşdırıblar. Xorvatiya çempionu isə Norveçdə heç-heçə etdiyi “Rusenborq”u ilk görüşdəki qələbə sayəsində keçib.


Liqa yolunda Yunanıstan təmsilçisi “Olimpiakos” qitənin ən nüfuzlu klub turnirinin əsas raundunda oynamaq hüququ əldə edib. Pirey klubu Rusiya “Krasnodar”ını hər iki qarşılaşmada məğlub edə bilib.


Qeyd edək ki, pley-off mərhələsinə avqustun 28-də baş tutacaq üç qarşılaşma ilə yekun vurulacaq. (unikal)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND