Azərbaycanla Avropa İttifaqı yeni saziş üzrə danışıqlar aparır

24.04.2019 15:35
360
Azərbaycanla Avropa İttifaqı yeni saziş üzrə danışıqlar aparır

Bakıda Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi keçirilir.


Ekspress.az xəbər verir ki, bu haqda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbər müavini Denis Daniilidis bildirib.


Onun sözlərinə görə, Avropa Komissiyasının ticarət məsələləri üzrə nümayəndəsi Petros Sormelisin başçılıq etdiyi Aİ-nin nümayəndə heyəti Azərbaycanda səfərdədir.

"Nümayəndə heyəti Bakıya dünən gəlib. Tərəflər artıq ikinci gündür işləyirlər", - D.Daniilidis deyib (report).


Bakıda keçirilən görüşlər zamanı ticarət məsələləri müzakirə olunur.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND