• 6 °C Bakı
  • -5 °C Quba
  • 2 °C Gəncə
  • -1 °C Yevlax
  • -3 °C Naxçıvan

"Yeni mərkəz SAM-a bənzəməsin" - Elxan Şahinoğlu

06.02.2019 21:33
86
"Yeni mərkəz SAM-a bənzəməsin" - Elxan Şahinoğlu

"Təhlillərə dövlətin ehtiyacı var. Ancaq yeni mərkəz gərək SAM-a bənzəməsin".


Bunu Ekspress.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu dövlət başçısının Azərbaycanda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin yaradılması barədə fərmanını şərh edərkən deyib.


Qeyd edək ki, yanvarın 14-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) ləğv edilməsi barədə fərman imzalayıb.


Dövlət başçısının bu gün imzaladığı digər fərmanla Azərbaycanda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi yaradılacaq.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND