Azərbaycanın samboçusu Avropa çempionatında medal qazanıb

14.04.2019 14:16
117
Azərbaycanın samboçusu Avropa çempionatında medal qazanıb

Azərbaycanın daha bir samboçusu Kiprin Limasol şəhərində yeniyetmə və gənclər arasında keçirilən Avropa çempionatında bürünc medal qazanıb.


87 kq-dan yuxarı çəki dərəcəsində yer alan Toğrul Salmanov fəxri kürsüyə yüksəlib. 18 yaşlı idmançı yeniyetmələrin mübarizəsində fərqlənib (report).


Qeyd edək ki, daha əvvəl Vilayət Bayramov gənclərin yarışında 62 kq çəkidə bürünc medala sahib olub.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND