Millətlər Liqasının ilk finalçısı Portuqaliya olub

06.06.2019 09:49
111
Millətlər Liqasının ilk finalçısı Portuqaliya olub

Portuqaliyada UEFA Millətlər Liqasının final mərhələsinin ilk yarımfinal qarşılaşması keçirilib.


Portunun “Draqao” stadionunda keçirilən oyunda Portuqaliya və İsveçrə yığmaları qarşılaşıblar.


Oyun Portuqaliya yığmasının 3:1 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində hər üç qolu Kriştiano Ronaldo rəqibin qapısından keçirib. İsveçrə millisinin heyətində isə yeganə qolu Rikardo Rodrigez vurub.


İyunun 6-da digər yarımfinal qarşılaşmasında İngiltərə ilə Hollandiya milliləri üz-üzə gələcəklər.


Turnirin və III yerin qalibi iyunun 9-da müəyyənləşəcək.



Ekspress.az

  • SON XƏBƏR
  • TREND