• 11 °C Bakı
  • 6 °C Quba
  • 10 °C Gəncə
  • 10 °C Yevlax
  • 11 °C Naxçıvan

Almaniya “Feysbuk”a qadağa qoyur – SƏBƏB

08.02.2019 14:52
172
Almaniya “Feysbuk”a qadağa qoyur – SƏBƏB

"Feysbuk"un (Facebook) Almaniyada informasiya toplaması məhdudlaşdırılır.


Ekspress.az xəbər verir ki, fevralın 7-də Almaniyada çıxarılmış qərarda deyilir ki, dünyanın ən böyük sosial şəbəkəsi olan “Feysbuk” bazarda dominantlığından sui-istifadə edərək istifadəçilər barədə onların razılığı olmadan informasiya toplayıb.


Ötən il “Cambridge Analytica” qalmaqalı üzə çıxardı ki, on milyonlarla “Feysbuk” istifadəçisinin şəxsi informasiyasından onların razılığı olmadan istifadə edilib.

“Gələcəkdə “Feysbuk”-un istifadəçilərdən sosial şəbəkəyə aid olmayan informasiyanı hesablarına pərçimləməyi tələb etməsinə icazə verilməyəcək”, – federal rəsmi Andreas Mundt deyib (strateq.az).


“Feysbuk” isə üçillik araşdırmanın nəticəsi olan bu qərardan şikayət verəcəyini bildirir. Sosial şəbəkənin mövqeyincə, antimonopoliya qurumu onun üzləşdiyi rəqabəti nəzərə almır, ötən il Avropada qüvvəyə minmiş gizlililik qanunlarına zərbə vurur. “Feysbuk”-un un Almaniyada 23 milyon gündəlik istifadəçi var.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND