Putin: "30 il liftsiz binada yaşamışam və bəzən..."

16.05.2019 21:39
497
Putin: "30 il liftsiz binada yaşamışam və bəzən..."

Mən təxminən 30 il liftsiz binada yaşamışam və bəzən yaşlı qonşumu öz qollarımda 5-ci mərtəbəyə qaldırmışam.


Ekspress.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin jurnalistin veteranlardan birinin yaşadığı lift problemi ilə bağlı müraciətinə cavabında deyib.


“Mən anlayıram ki, bəzi yaşlı insanlar enə bilmir. Təxminən 30 il liftsiz yaşamışam. Qonşumu 5-ci mərtəbəyə qollarımda qaldırırdım. Çünki lift yox idi, qalxa bilmirdi. Əlbəttə ki, həmişə yox... Lakin belə hallar olurdu. Bu vəziyyətdə olan insanları yaxşı başa düşürəm. Biabırçılıq, daha nə deyə bilərik”, - deyə dövlət başçısı bildirib (axar.az).


Ekspress.az

Açar sözlər: