Harri Tabax: Ukrayna NATO-ya da üzv olsa, təəccüblənmərəm

14.02.2019 11:59
286
Harri Tabax: Ukrayna NATO-ya da üzv olsa, təəccüblənmərəm

ABŞ Prezidenti Donald Tramp Rusiya aqressiyası ucbatından Ukraynanın alyansa üzvlüyü ilə bağlı yaranmış çətinliyin həllinə tapşırıq verib.


Ekspress.az -ın məlumatına görə, Bunu “Apostrof” saytına müsahibəsində NATO-nun Rusiyadakı keçmiş nümayəndəsi Harri Tabax deyib.


“Bilirəm ki, Tramp NATO nizamnaməsinin 5 bəndinin yenidən işlənilməsi və Gürcüstanla Ukrayna üçün girişin tapılması haqqında tapşırıq verib. Proqnoz verə bilmərəm, amma artıq baş verənləri analiz edə bilərəm.Ukrayna son beş il ərzində Qərbin gözləmədiyi çox şey edib. Məsələn, müharibə və maliyyə böhranının davam etdiyi dönəmdə Qərblə vizasız rejimə nail olundu. Hətta NATO-nun müttəfiqi Türkiyə də Ukrayna ilə vizasız rejimə izn verdi. Digər məsələ isə kilsə ilə bağlıdır. Əgər Ukrayna NATO-ya da üzv olsa, mən buna təəccüblənmərəm”, – deyə o, bildirib/Axar.az.


Ekspress.az