Şəlalədən yıxılan körpə fili xilas etmək istəyən 11 fil boğuldu - VİDEO

15.10.2019 10:29
65
Şəlalədən yıxılan körpə fili xilas etmək istəyən 11 fil boğuldu - VİDEO

Şəlalədən yıxılan körpə fili xilas etmək istəyən 11 fil boğuldu.


Ekspress.az xəbər verir ki, Taylandda baş verən hadisə dünya mətbuatının gündəminə düşüb. Şəlaləyə yıxılan körpə fili xilas etmək istəyən 11 fil boğularaq tələf olub.


Hadisə Taylandın "Cəhənnəm şəlaləsi" olaraq tanınan ərazisində meydana gəlib. Suya düşən 11 fil boğulub.


Xao Yai Milli Parkının mütəxəssisləri həftə sonu 6 filin cəsədini tapmışdılar. PUA-larla həyata keçirilən axtarışlar zamanı daha 5 filin cəsədi tapılıb. Parkın rəsmisi Badin Çansrikam bildirib ki, fillər çayın qarşı sahilinə keçməyə çalışıblar. Ehtimal edilir ki, körpə fillərdən biri suya düşüb. Digər fillər onu xilas etmək istəyərkən boğulublar.


(sonxeber)


Ekspress.az